MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

pendir

1 kilo pendir 1 500 avro. Bu hansı heyvandır?

Bəlkə kiməsə təəccüblü gələ bilər, amma Balkan ölkələrində bu ev heyvanlarının südü çox qiymətlidir. Onu içməzdən əvvəl qaynatmağa ehtiyac yoxdur. 1 litri 50 avroya satılır. Protein və vitaminlərlə zəngin olan bu süd immun sistemini möhkəmləndirir, tənəffüs problemlərini aradan qaldırır. Tarixi mənbələrə əsasən Kleopatra uzuznqulaq südü vannası qəbul edirmiş. Vaxtilə kənd təsərrüfatında böyük rolu olan bu heyvanların indi Balkan ölkələrində nəsli tükənməkdədir. 30 il əvvəl Aralıq dənizi sahilində evlər az olub. Hər bir təsərrüfatda uzunqulaq var imış. Çəmənlərdə minlərlə uzunqulaq otlayarmış. İndi maşınlar hər işi görür və adıçəkilən heyvanlar lazımsız heyvana çevrilib. Qeyri-rəsmi statistikaya görə indi Monteneqroda 150 uzunqulaq qalıb. Qonşu Serbiyada isə vəziyyət bir qədər fərqlidir. Keşmiş Yuqoslaviyanın subyekti olmuş bu ölkədə bir neçə ulaq ferması olsa da, onlar xam südü satmaqda maraqlı deyil. Əgər südün 1 litri 30-50 avroya satıllırsa, pendir daha yüksək qiymətə, 1 500 avroya təklif edilir. Bu da, uzunqulaq pendirinin istehsalına marağı artırır. Uzunqulaq südünün müştərisi də kifayət qədərdir. Böyük kosmetika istehsalçıları bu məhsulu həvəslə alır. Fransanın Yura departamentində artıq fermerlər kosmetika istehsalçıları ilə əlbir işləyirlər. Uzunqulaqlar çox qulluq tələb etmədikləri üçün onların saxlanmasının da xərci kifayət qədər azdır.

Azər Qismət

Economic.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top