MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

1 iyun

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Uşaqların Beynəlxalq Müdafiəsi Günü (İnternational Children’s Day) – 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qərara alınıb.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü (İnternational Children’s Day) – 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə o tədbirdə 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, 1 iyun Azərbaycanda da qeyd edilir.

Bu bayramla yanaşı BMT Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. Ümumdünya Uşaqlar Günü 1954-cü ildə BMT Baş Assambleyasının 836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd edilib.

Qeyd edək ki, 1924-cü ildə ilk dəfə olaraq uşaqların hüquqlarını təmin edən bəyannamə qəbul olunub ki, burada deyilir: “Bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin”. Bu bəyannamənin qəbul edilməsində ilk işlər Eqlantina Cebb (Eglantyne Djebb) tərəfindən görülüb.

Birinci dünya müharibəsi faciələrinin şahidi olan Eqlantina bu dəhşətlərdən sarsılaraq uşaqların xüsusi müdafiəyə ehtiyacı olduğunu bildirib. O, bacısı Doroti Bakstonun köməyi ilə 1919-cu ildə uşaqların yardım müdafiəsini təmin etmək üçün Londonda Uşaqlara Yardım Fondunun əsasını qoyub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top