
1 dollarlıq əskinasların baha satılmağının SƏBƏBİ
Son günlər 1 dollarlıq əskinaslar elan saytlarında kütləvi satışa çıxarılıb.
Sosial şəbəkələrdə, xüsusən TikTokda da bu cür elanlara rast gəlmək mümkündür.
Bəzi profillər vasitəsiylə paylaşımlar edilərək bir neçə il əvvəl tədavülə buraxılmış bir dolları 500, 1000, 2000 manata ala biləcəklərini qeyd edirlər.
Elan saytlarında isə müxtəlif illərdə dövriyəyə buraxılan əskinasların dəyəri 100-20 min manat arasında dəyişir.
İddialara görə, sözügedən əskinasların kütləvi satışa çıxarılmasına səbəb məşhur iş adamı İlon Maskın tviterdəki paylaşımı olub. O, 2013-cü ildə tədavülə buraxılmış bir dolları məşhur kriptovalyuta olan bitkoinlə dəyişəcəyini bildirib.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov də Xəzərxəbər-ə açıqlama verib. O deyib ki, bu tendensiyanın heç bir iqtisadi əsası yoxdur.
Ekspert hesab edir ki, bir dollarlıq əskinas az olduğundan bəzi iş adamları buna simvolik dəyər verirlər:
“Bir müddət sonra bu qiymətlə bağlı göstəricilər kəskin şəkildə dəyişəcək. Heç bir iqtisadi və maliyyə dəyəri olmayan bir prosesdir”.
BƏNZƏR MƏQALƏLƏR
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
14 may saat 08:00-dan 15 may saat 20:00-dək Nizami rayonu, Qara Qarayev prospektində (YAP-ın təşkilatının inzibati binasının önü) aparılacaq təmir işləri ilə […]
Şirkət avtomobillərində qəza zamanı ziyan necə ödəniləcək? – Detallar – VİDEO
Bəzi hallarda şirkət avtomobili ilə qəza törədən sürücülər, hüquqlarını bilmədiyindən ciddi problemlərlə üzrləşirlər. Onlardan biri […]
Bu gün Xarıbülbül festivalı başlayır
Bu gün Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri […]